Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb.
DİN-dən verilən məlumata görə, onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb.
Nizami Quliyev saxta əskinasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə buraxmaq üçün əldə etdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Nizami Quliyev barəsində cinayət işi başlanılıb, əməliyyat-istintq tədbirləri davam etdirilir.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə paytaxt ərazisində moped oğurluğu ilə məşğul olan Şamil Şıxəliyev və Pərviz Qasımov saxlanılıblar. Onların Bakının müxtəlif ünvanlarında 4 ədəd mopedi sutkanın qaranlıq saatlarında oğurladıqları və pul müqabilində satıqları müəyyən edilib. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...