Kənan Orucov haqqında böhtan yazanların nəzərinə

20:28 05-09-2023 | icon 755
Kənan Orucov haqqında böhtan yazanların nəzərinə

"Reket jurnalistika" yenə iş başındadır. Bu dəfə bəzi "jurnalistlər" Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Kənan Orucov haqqında ağlına nə gəldi onu da qələmə alır.

Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.

Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl və alicənab insan, bacarıqlı rəhbər Kənan Orucovdur.

Kənan müəllim bacarıqlı və yüksək səviyyəli insan kimi bütün ölkədə yaxşı tanınır. 

 O, 44 günlük haqq mübarizəmiz vaxtında da bütün gücü və imkanları ilə daim vətəni qoruyan əsgər və hərbçilərin yanında olub.

Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı.

 O, harda olmasından asılı olmayaraq hər zaman və hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib. 

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Yorulmadan çalışır, zəhmət çəkir.  Onu tanıyan kəsə bəllidir ki, Kənan Orucov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

O, elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

O, insanlara diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamı artırır!

El hörməti qazanıb. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır.

Təəssüf ki, bəzən bəziləri onun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Onu gözdən salmaq üçün şantaj və iftira dolu söhbətlər edirlər. .

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Kənan Orucov haqqında bəzən bədhaqları tərəfindən yayılan böhtanlara cavab olaraq gerçək olanı deyək:

Bəli, Kənan müəllim təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Kənan Orucovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

Bir daha qeyd edək ki, Kənan Orucovun uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.

Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.

Maraqlıdır ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi köhnə açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli  yazıların dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.


Digər xəbərlər

0.21499085426331