Rusif Kərimov haqqında böhtan yazanların  nəzərinə

11:47 05-09-2023 | icon 662
Rusif Kərimov haqqında böhtan yazanların  nəzərinə

Daha əvvəl müxtəlif vəzifələrdə çalışmış Suliddin Rusif Kərimovun hazırda Viləşçay Su Anbarına rəhbərlik etməsi ona dövlət səviyyəsində, xüsusilə, əhali tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Rusif Kərimov rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib.

O, dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Rusif Kərimov bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir.

Rusif Kərimov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

 

Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı:

Onun “Nəhayət ki, 30 ildən sonra Qarabağımız şərəfsiz, vandal, quldur erməni işğalçılarından təmizləndi. Bu qələbə sevincini bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah, Prezidentimizin rəhbərliyi ilə Qarabağı dirçəldəcəyik. Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun. Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Qarabağ bizə, biz də Qarabağa qovuşduq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri bu sevinc hisslərinin təzahürü idi.

 Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi onun uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan çəkinmirlər. Amma... Unutmasınlar ki, Rusif Kərimovun rəhbəri olduğu qurumun kollektivi də, cəmiyyət də onu sizdən daha yaxşı tanıyır.

Burada nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında Rusif Kərimovla bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da deyə bilərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda Rusif Kərimov haqqında bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər onun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.

Xüsusi olaraq qeyd edək ki,belə tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar.

Maraqlıdır ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi köhnə açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Rusif Kərimovun dövlətimizə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.


Digər xəbərlər

0.25356411933899