DTX-də Heydər Əliyevə həsr olunan kitabın təqdimatı keçirildi - Fotolar

00:28 10-05-2023 | icon 598
DTX-də Heydər Əliyevə həsr olunan kitabın təqdimatı keçirildi - Fotolar

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

 

Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini, bu sahədə təqdirəlayiq işlər gördüyünü vurğulayıblar.

Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.

 

 








Digər xəbərlər

0.22929286956787