Saatlı rayonunda “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib
Saatlı Gənclər evi-sosial xidmət müəssisəsində 30 may 2023-cü il tarixdə saat 15:00-da “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilmişdir. Konfransda rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar, gənclər iştirak etmişdir. Konfransda çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının nəticəsidir. Bu inkişaf strategiyası çətin sınaqlar qarşısında azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyan ən ali meyardır. Elmir Bağırov həmçinin bildirdi ki, doğma azərbaycanımızın sosial-iqtisadi inkişafı, xalqımızın rifah halının yüksəldilməsinə yönəlik iqtisadi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra Yeni Azərbaycan Partiyası Saatlı rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov və Varxan kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov çıxış edərək Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...