Azərbaycan Premyer Liqasında növbəti turun oyunları bir dəqiqəlik sükutla başlayacaq

10:06 10-05-2023 | icon 1018
Azərbaycan Premyer Liqasında növbəti turun oyunları bir dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O, "Qarabağ"ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadənin matçlarda yad olunacağını bildirib.

Qeyd edək ki, Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq.


Digər xəbərlər

0.2645378112793