Səttar Möhbalıyev: “Heydər Əliyevin fəaliyyətinin nəticəsi bugünkü qüdrətli Azərbaycandır”

10:35 10-05-2023 | icon 1391
Səttar Möhbalıyev: “Heydər Əliyevin fəaliyyətinin nəticəsi bugünkü qüdrətli Azərbaycandır”

“Bu gün Azərbaycan tarixində əlamətdar bir gündür. Dərin biliyini, qazandığı
zəngin təcrübəni, Uca Yaradanın ona bəxş etdiyi istedadı, mənalı və şərəfli ömrünü
yalnız mənsub olduğu xalqına həsr edən, bunu özünün həyat amalına çevirən və bu
yolda usanmadan uzun bir yol alan, xalqının ümid çırağı, nümunəvi azərbaycanlı
Heydər Əliyevin doğum günüdür. Doğulduğu gündən onun düşüncələrində özü
üçün yox, “xalqım üçün nə etməliyəm” fikirləri hakim idi. O, bu istəklərlə həyata
yol aldı və ancaq doğma xalqı üçün çalışdı. Tutduğu yol müqəddəs, nəcib, vicdanlı
olduğu üçün Uca Yaradan hər zaman ona dayaq durdu. Hansı vəzifəni daşıdısa,
məqsəd bir idi - yalnız xalqa xidmət. Çünki Heydər Əliyev xalqını sonsuz
məhəbbətlə sevirdi, azərbaycanlı olduğu üçün hər zaman fəxr edirdi. O, xalqının
tarixini dərindən öyrənmişdi. Bilirdi ki, Azərbaycan xalqı kamil, savadlı bir
xalqdır, qüdrətli dövlətlər yaradıb, böyük ədəbiyyata, zəngin mədəniyyətə sahibdir.
Ona görə də Heydər Əliyev xalqı üçün gördüyü işlərdə yalnız xalqdan güc aldı,
vəzifələrinin ilk pillələrindən sonadək bu yolla addımladı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Xalqımız çətin anlarında yalnız ona üz tutdu, bu dahi insanın gücünə,
qabiliyyətinə, şəxsiyyətinə və ona olan sevgisinə qəlbən inandı. Əmin idi ki,
Heydər Əliyev bacaracaq. Budur Azərbaycan xalqının müdrikliyi, kamilliyi, çünki
qəbul etdiyi qərar tam doğru idi, taleyini Heydər Əliyevə etibar etməkdə
yanılmamışdı. O, sovet Azərbaycanına rəhbərlik etməyə başlayarkən
respublikamızda vəziyyət tarixdən məlumdur. Demək olar ki, digər ittifaq
respublikalarından bütün göstəricilərinə görə geridə idi. Moskvadan Azərbaycana

laqeyd münasibət var idi, əsasən aqrar respublika kimi xarakterizə olunurdu və o
da çox aşağı səviyyədə. Amma Heydər Əliyev qısa müddətdə xalqımızın
potensialını ortaya qoydu, bütün sahələrin inkişafına nail oldu. Azərbaycanın
ittifaq miqyasında nüfuzu artdı, rəqabətqabiliyyətli bir respublikaya çevrildi.
Heydər Əliyevin qətiyyəti və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji
əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Buna misal olaraq Bakı
Məişət Kondisionerləri Zavodunun adını çəkmək istərdim. Həmçinin həmin dövrdə
Ulu Öndərin tikdirdiyi elə müəssisələr var ki, onlar bu gün də iqtisadiyyatımızın
gücləndirilməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Məhz onun
rəhbərliyi ilə Azərbaycanda yeni binalar, mədəniyyət obyektləri tikildi. Ulu
Öndərin diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin
yaxşılaşdırılması idi. Onun respublikamıza rəhbərliyi dövründə əhaliyə 376,1 min
yeni tikilmiş mənzil verilmişdi. Təbii ki, həmin dövrdə bilavasitə Heydər Əliyevin
müdrik rəhbərliyi sayəsində qazanılmış nailiyyətləri saymaqla qurtarmaq olmaz.
Amma ümumiləşdirib onu deyə bilərəm ki, Moskva Azərbaycanın gücünü və
əhəmiyyətini başa düşdü, hər məsələdə onunla hesablaşdı”, - AHİK sədri bildirib.
“Baş verən hadisələri dərindən analiz etsək, görərik ki, ötən əsrin sonlarında
Azərbaycanın başına gələn bəlalar Heydər Əliyev Moskvadakı vəzifəsindən
uzaqlaşdırılandan sonra başladı. Düşmənlərimiz anlayırdı ki, Heydər Əliyev var
ikən çirkin planlarını həyata keçirə bilməyəcəklər. Məhz Qarabağ münaqişəsi o,
istefaya getdikdən bir neçə gün sonra başladı, xain düşmənlərimizin əli-qolu açıldı,
xalqımızın baş üzərini qara buludlar almağa başladı. İmperiya dağıldıqdan sonra bu
proses geniş vüsət aldı. Xalqımız müstəqil olsa da, amansız müharibə davam edir,
torpaqlar itirilir, ölkədə anarxiya, xaos baş alıb gedirdi. Belə şəraitdə xalqın
güzaranından danışmaq, ümumiyyətlə, yersizdir. Həmin vaxt Heydər Əliyev
Azərbaycan xalqının yeganə çıxış yolu oldu, xilas yolu onun timsalında göründü.

Heydər Əliyevi Naxçıvandan gətirən təyyarənin Bakıya enməsi ilə xalq dərindən
nəfəs aldı, əmin oldu ki, artıq etibarlı əldədir. Bax budur Azərbaycan xalqının
müdrikliyi, çünki çətin anda dəqiq və düzgün qərar qəbul etməyi bacarır. Bir
nüansa diqqət çəkmək istərdim. Ulu Öndər Bakıya gələrkən nə komandası var idi,
nə də silahı. O yalnız geniş biliyi, zəngin təcrübəsi və xalqına olan sonsuz sevgisi
ilə ağır və şərəfli işə başladı. Nəticəyə gəldikdə isə hazırkı Azərbaycana baxmaq
kifayətdir... Bu gün Şuşadan ucalan muğam səsi bütün dünyanı xəyallara qərq
edib”, - Milli Məclisin deputatı vurğulayıb.


Digər xəbərlər

0.24334383010864