Ağcabədidə keçirilən mini futbol üzrə rayon turniri başa çatıb
Ağcabədidə keçirilən mini futbol üzrə rayon turniri başa çatıb.
25 aprel – 09 may 2023-cü il tarixlərdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş idarə, təşkilat və müsəssisələr arasında mini futbol üzrə rayon turniri keçirilmişdir. Turnirin final oyunu mayın 9-da Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuşdur.
Final oyununda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər olmaqla 100-ə yaxın ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Turnirin finalında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının komandası ilə TƏBİB komandası üz-üzə gəlib. Gərgin və maraqlı keçən oyunun sonunda YAP Ağcabədi rayon təşkilatının komandası 1-0 hesabı ilə qalib olmuşdur. Beləliklə yekun nəticələrə əsasən turnirdə 1-ci yerə YAP Ağcabədi rayon təşkilatının komandası, 2-ci yerə TƏBİB komandası, 3-cü yerə isə Ağcabədi Pedaqoji Kollecinin komandası layiq görülmüşdür. Turnirin sonunda I, II və III yeri tutmuş komandalara, eləcədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara təşkilatçılar tərəfindən diplom,medal, kubok və hədiyyələr təqdim olunmuşdur.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...