Cəlilabadda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

15:39 10-05-2023 | icon 670
Cəlilabadda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib.

Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları, RİH-in əməkdaşları, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Mərasimdə çıxış edən Cəlilabad RİH-in başçısı Rafiq Cəlilov qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsindən, bugünkü Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsindən və əhalinin rifah halının ildən-ilə yüksəlməsindən danışıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.


Digər xəbərlər

0.23482513427734