Salyanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib
Salyanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
10.05.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə etmişlər. Sonra RİH-nin iclas zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş rəsmi hissədən ibarət tədbir keçirilmişdir. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə RİH-nin başçısı Sevindik Hətəmov Ümummilli Liderin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrin adamı 100” sənədli film nümayiş olunmuşdur.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...