Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Qaradağ rayonunda tədbir keçirilib

19:23 10-05-2023 | icon 745
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Qaradağ rayonunda tədbir keçirilib

10 may 2023-cü il tarixində Lökbatan qəsəbəsi, Ə.Əmirov adına Mədəniyyət Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyəti  başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva,  rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdən qabaq Ə.Əmirov adına Mədəniyyət Sarayının foyesində rayon məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Sonra  Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Azərbaycan xalqının və dövlətinin taleyində misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında  ürək sözlərini bölüşən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov məruzə edərək bildirdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynamış dövlət və siyasət xadimi, nəhəng  simalardan və tarixi şəxsiyyətlərdən biridir. Məhz buna görə də onun keçdiyi zəngin həyat yolu, təkrarsız dövlətçilik ənənələri bir məktəb olaraq daim yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır. Təqribən 35 il Azərbaycan dövlətinə başçılıq etmiş bu qüdrətli, dahi rəhbər özünəməxsus xüsusiyyətləri ilə seçilmiş, dünya siyasət məkanında əvəzsiz yer tutmuşdur. Məlumat üçün qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmaz və əvəzolunmazdır. Onun rəhbərlik etdiyi müstəqillik illəri Azərbaycanda milli intibah dövrü kimi səciyyələnir.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasını yaratması və ona rəhbərlik etməsi olmuşdur. Beləki, minlərlə Əliyev ideyalarını qəbul edən insanlar, eyni siyasi əqidə sahibləri bu partiyada birləşmişlər.

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq ideyalarının formalaşması, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması  kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi kimi qiymətləndirilmişdir.

Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü Sovetlər İttifaqının hegemonluğu dövrünə təsadüf etməsinə baxmayaraq güclü milli hisslərə malik Heydər Əliyev dövlətin və xalqın inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Respublikamızın görkəmi kökündən dəyişmiş, vətəndaşların maddi rifahı və güzaranı yaxşılaşmışdır. Ədəbiyyat, mədəniyyət və incəsənət adamlarına diqqət və qayğı artırılmış, digər elm sahələrinin inkişafına münbit şərait yaradılmışdır. Milli kadrların formalaşması diqqət mərkəzində olmuşdur. Həmin dövrdə məhz Ulu öndərin apardığı düzgün siyasət nəticəsində Azərbaycan sürətli inkişaf dövrünü yaşamışdır.

Heydər  Əliyevin Qaradağ rayonu ilə sıx və yaxın bağlılığı olmuşdur. Onun dəfələrlə bu bölgəyə səfərləri rayon ictimaiyyətinin qəlbində unudulmaz, dərin izlər qoymuşdur.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev layiqli varis kimi qurulmuş əsaslar üzərində respublikamızı daha da inkişaf etdirərək yeni, müasir inkişafın təməlini qoymuşdur.

Bu gün Ulu Öndərin ruhu şaddır. Ali Baş Komandan, Heydər Əliyev irsinin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Vətən torpaqlarını erməni işğalından azad edib. Qarabağda sürətlə yenidənqurma işləri gedir.

Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bütün sahələrdə nailiyyətlərimiz artmaqdadır. Bugünkü uğurlara hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində nail olmuşuq. Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, hörmətli Prezidentimiz  cənab İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının həyata keçirilməsi Azərbaycanın xoşbəxt gələcəyindən və əbədi səadətə qovuşacağından xəbər verir.

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları qəlbimizdə əbədi yaşayacaqdır.

Sonda  Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.

 

Digər xəbərlər

0.27067089080811