"Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektiv ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanı ziyarət edib
Heydər Əliyev hələ o dövrlərdə "Neftçi İdman Klubu"nun idmançılarına böyük diqqət və qayğı göstərib. O, bu və ya digər formada idmançılara dəstək verərək onların SSRİ ərazisində keçirilən müxtəlif yarışlarda iştirak etməsinə, eləcə də daha yaxşı hazırlığı olan atletlərin SSRİ-nin yığma komandalarının heyətində yer alaraq Avropa, dünya və Olimpiya yarışlarında iştirak etmələrinə yardım göstərib.
Müstəqillik dönəmində yenidən Azərbaycan Prezidenti seçildikdən sonra isə ölkə idmanının inkişafı istiqamətində daha ciddi addımlar atıb, paytaxt və respublikanın müxtəlif bölgələrində yeni idman komplekslərinin tikintisi böyük vüsət alıb. 1996-cı il Atlanta, 2000-ci il Sidney olimpiadaları ərəfəsində həmin mötəbər yarışlarda iştirak edən idmançılarla şəxsən görüşüb və onlara yüksək qələbə ruhu aşılayıb. Əvəzində idmançılarımız da bu olimpiadalarda böyük uğurla çıxış edib, Vətənə medallarla dönüblər.
1997-ci ildə "Neftçi İdman Klubu"nun 60 illik yubileyi münasibətilə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinə təşrif buyuran ümummilli lider orada klubun məşqçi-müəllimləri, idmançıları ilə görüşüb və onlara hər cür qayğı göstərib. O, ömrünün sonuna kimi idmana və idmançılara göstərdiyi çox yaxın və doğma münasibəti ilə diqqəti cəlb edib və idman ictimaiyyətinin böyük hörmətini qazanıb.
"Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivi, məşqçiləri, idmançıları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanı ziyarət edib. Onun məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...