Səttar Möhbalıyev: “Azərbaycan dönməz inkişaf yolu tutub, daha böyük nailiyyətlərə doğru inamla gedir”

11:25 11-05-2023 | icon 862
Səttar Möhbalıyev: “Azərbaycan dönməz inkişaf yolu tutub, daha böyük nailiyyətlərə doğru inamla gedir”

“Şərqi Zəngəzurda və Qarabağda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri
sürətlə davam edir. Əsas hədəf sakinlərin öz ata-baba yurdlarına ən qısa zamanda
dönməsidir. Bunun üçün dövlətimiz bütün potensialından istifadə edir. Heç kimdən
kömək almadan, öz daxili imkanları hesabına tamamilə dağıdılmış böyük bir
ərazidə ən müasir kənd və qəsəbələr, şəhərlər salır. Təbii ki, bu işlərin
reallaşdırılması böyük güc tələb edir ki, Azərbaycan da bunun öhdəsindən ən
yüksək səviyyədə gəlir. Demək olar ki, tikinti-quruculuq işləri bütün bölgəni əhatə
edir. Bir ərazidə minaların təmizlənməsi yekunlaşan kimi, ləngimədən tikinti
işlərinə başlanılır. Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış Ağalı və Talış
kəndlərində də uğurla icra olundu. Sakinlər böyük sevinc hissi ilə öz yurdlarına
döndülər. Və inanırıq ki, yaxın gələcəkdə Böyük Qayıdış proqramı
müvəffəqiyyətlə başa çatacaq, bütün sakinlər öz torpaqlarında əbədi xoşbəxt
yaşayacaqlar. Bölgəyə mütəmadi səfərlər edən dövlətimizin başçısı cənab İlham
Əliyev Qarabağın yenidən qurulmasına şəxsən özü nəzarət edir. Mayın 8-də
növbəti dəfə Qələbəmizin zirvəsinə - Şuşaya gedən Prezidentimiz aparılan işlərlə
tanış oldu, təməlqoyma və açılış mərasimlərində iştirak etdi”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şuşadan Azərbaycan
xalqına müraciət edən Prezident İlham Əliyev Ümummilli Liderin tarixi
xidmətlərindən söz açdı. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev Azərbaycan
tarixinin ən böyük şəxsiyyətlərindəndir. O, bizim şanlı tariximizə tam müstəqil dövlət qurub yaratması ilə düşüb. Bunu dünya tarixində çox az şəxsiyyətlər bacarıb ki, Heydər Əliyevin də adı onların sırasındadır. Dövlətə sahib olmaq hər bir xalqın arzusudur, Ulu Öndər bu missiyanı uğurla icra etməklə xalqımızı arzusuna
qovuşdurdu. Bu gün onun qurduğu dövlət öz qüdrəti və əhəmiyyəti ilə dünya
xəritəsində özünəməxsus yer tutur. Ulu Öndərin daha bir xidməti isə özündən
sonra xalqımıza layiqli davamçı bəxş etməsidir. Cənab İlham Əliyev Ulu Öndərin
müəllifi olduğu siyasi kursu bütün sahələrdə ləyaqətlə davam etdirdi, onun
müəyyənləşdirdiyi təməllər üzərində qalib, məğlubedilməz, güclü iqtisadiyyata
sahib dövlət formalaşdırdı. Prezidentimiz həmçinin Şərqi Zəngəzuru və Qarabağı
işğalçılardan azad etməklə Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, ölkəmizin bütün
ərazisində dövlətimizin suverenliyini tam təmin etdi”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, qədirbilən xalqımız dünyanın harasında yaşamasından asılı
olmayaraq, hər il Ulu Öndərin doğum gününü təntənəli şəkildə qeyd edir, əziz
xatirəsinə dərin ehtiram göstərir: “Bu dəfə də Heydər Əliyevin doğum günü - 100
illik yubileyi xalqımız tərəfindən böyük coşqu ilə keçirildi, yığıncaqlar, konsertlər
təşkil olundu. Bu, xalqının Ümummilli Liderə olan böyük məhəbbətinin, sonsuz
sevgisinin göstəricisidir. Bu il həm də “Heydər Əliyev İli”dir. İlin əvvəlindən
başlayan tədbirlər hələ ilin sonunadək uğurla davam edəcək. Azərbaycan
həmkarlar ittifaqları da bununla bağlı tədbirlər planı hazırlayıb və həyata keçirir.
Xatırladım ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ulu Öndərin 100
illik yubileyi münasibətilə 7000 ailəyə sovqat göndərib. Həmçinin sahə həmkarlar
ittifaqları tərəfindən də idman yarışları, müsabiqələr keçirilir, yığıncaqlar təşkil
edilir, Ulu Öndərin zəngin irsi təbliğ olunur”.
Səttar Möhbalıyev Prezident İlham Əliyevin müraciətində daha bir məqama diqqət
çəkib: “Dövlətimizin başçısı bildirdi ki, Elə ölkələr var ki, orada heç bir başqa
xalqın nümayəndəsi yaşaya bilmir. Həqiqətən də, buna misal üçün çox da uzağa getməyək, Ermənistana nəzər salmaq kifayətdir. Bu gün Ermənistanda başqa millətlərin nümayəndələrinə rast gəlmək mümkün deyil, çünki onların həmin
ölkədə yaşamasına imkan vermirlər, faşist xislətlidirlər, xain düşüncəyə
sahibdirlər. Amma onlardan fərqli olaraq yüz illərdir ayrı-ayrı xalqların və dinlərin
mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar, qarşılıqlı hörmət və
etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti ölkəmizdə mövcuddur və etnik-
mədəni müxtəliflik qorunub saxlanılır. Həmçinin Azərbaycan demokratiyanın
bütün təzahürlərini özündə ehtiva edir, insan hüquq və azadlıqları ən ali səviyyədə
təmin edilir”.
Milli Məclisin deputatı əminliklə ifadə edib ki, Azərbaycan cənab İlham Əliyevin
rəhbərliyi ilə dönməz inkişaf yolunu tutub və daha böyük nailiyyətlərə doğru
inamla irəliləyir.


Digər xəbərlər

0.29566693305969