Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”də daha bir növdə mükafatçılar bəlli oldu - Fotolar+Video
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”də daha bir növdə mükafatçılar bəlli olub.
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında və qadınlar arasında yarışların final mərhələləri keçirilib.
Kişilər arasında 8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri çinli Lihao Şenq tutub. O, mərhələni 230.5 xalla başa vurub.
Gümüş medalı Hindistan təmsilçisi Hriday Hazarika əldə edib. O, 251.9 xal qazanıb.
Yarışın qalibi isə Macarıstan idmançısı Zalan Pekler olub. 252.4 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Qadınlar arasında bürünc medalı 232.5 xalla çinli Huan Yutin, gümüş medalı 253.3 xalla Hindistan millisinin üzvü Nensi Nensi, qazanıb. Yarışın qalibi isə 254 xal ilə Çin yığmasının nümayəndəsi Han Jiayu olub.
“Qızıl medala sahib olduğuma görə sevincliyəm. Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır. Burada yarışmaq mənə zövq verir. Azərbaycanı da çox bəyənirəm. Xüsusən də insanlarını. Olduqca mehriban və qonaqpərvərdirlər” – bu fikirləri medal təqdimatından sonra verdiyi müsahibədə Han Jiayu bildirib.
Yarışlar sabah 25 metr məsafəyə atəş üzrə qadınlar, 3 mövqedən 50 metr məsafəyə atəş üzrə kişilər arasında atəş üzrə növlərdə davam edəcək.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...