Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır

12:34 15-05-2023 | icon 704
Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır

Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib. Səfər zamanı ölkə rəhbəri  Ümummilli
lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən xalqa  müraciət edib.
Müraciət zamanı bildirilib ki, bütün Azərbaycan ulu öndər Heydər Əliyevin 100 illik
yubileyini qeyd edir. İlin əvvəlindən ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif
ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun
xatirəsinə hörmətlə yanaşır.
Dövlət başçısı həmçinin 44 günlük Vətən müharibəsindən və işğaldan azad olunan
torpaqlarımızda aparılan yenidənqurma işlərindən danışıb. Şuşanın azad olunması
bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya
aktına imza atmışdır.
Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Qarabağ və
Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi
Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər,
xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur,
elektrik xətləri çəkilir.
Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış
yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və
iqtisadi potensialı məhz o illərdə formalaşmışdır.
Azərbaycan xalqının faciələri ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən
getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş
erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq
Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə
verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən
başlamışdır.
20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz ulu öndər
çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək
öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı
əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vəchlə çalışırdı ki, Heydər Əliyev
Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə
Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər.
Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı
Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və
Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi
sistemin yaranmasına səbəb olmuşdur.
Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Bütün
azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik
senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son
qoyuldu.
 “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd
edildi. Ulu öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı.
1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci cəhd baş verdi. Artıq digər qanaddan
gələn zərbə yenə də gənc dövlətimizi sarsıtdı. Yenə də xalq ulu öndərin ətrafında
birləşərək o cəhdə də imkan vermədi.
Məhz ulu öndər qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Milli-mənəvi dəyərlərin
qorunmasında ulu öndərin çox böyük rolu olmuşdur, gənc nəslin vətənpərvərlik ruhunda
yetişməsində çox böyük rolu olmuşdur.

Onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır,
müvafiq sərəncamlar imzalanmışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya
Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans
keçirilmişdi.
1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə
imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün
Azərbaycan qazı 6 ölkəyə nəql edilir.
Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi
dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın ölkəmiz rəhbərlik edir.
Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər
siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.
10 kəndin bünövrəsi son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib
və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.
Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Elə gənclər
yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci
Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi.
İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu
Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda,
əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır.
Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas
arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8
noyabr tarixdə əbədi qalacaq.
Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu
Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi
bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-
buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi
bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə
yetirəcəyik.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.30899477005005