Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”

12:35 15-05-2023 | icon 719
Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”

“Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycanın tam diplomatik
qələbəsi ilə başa çatdığını deyə bilərik. Öncə onu vurğulayım ki, əgər
xatırlayırsınızsa, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirmişdi ki,
Brüssel formatından imtina edir. Amma onun bu cəhdi uğursuzluqla nəticələndi və
qalib tərəfin diktəsi ilə öz mövqeyindən geri çəkilərək Brüsselə getməyə məcbur
oldu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Həmçinin Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla
tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən
yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi
elə öz ölkəsindən izləməli oldu və niyyəti gözündə qaldı. Təbii ki, Fransanın
məqsədi bəllidir, dəfələrlə sərgilədiyi yanaşmaları ilə münasibətləri
gərginləşdirməyə çalışır. Elə hesab edir ki, dünyada güc sahibidir, Cənubi
Qafqazda gedən proseslərə təsir imkanlarına malikdir. Amma unudur ki,
Azərbaycan regionun lideridir, qalib ölkədir və aparılan danışıqlarda əsas söz
sahibidir. Həmçinin Emmanuel Makronun əhəmiyyətsiz daxili və xarici siyasəti, o
cümlədən öz ölkəsində həyata keçirmək istədiyi islahatlar, bunun da xalqın
maraqlarına cavab verməməsi və etirazlara səbəb olması Fransanın həm Avropa
İttifaqı daxilində, həm də dünyada nüfuzunun, demək olar ki, tamamilə itirilməsinə
gətirib çıxarıb. Belə məqamda Fransanın bu görüşdə tərəf kimi çıxış etməyə heç bir haqqı yox idi və Azərbaycan da buna birmənalı şəkildə imkan vermədi”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, Brüssel görüşünün nəticələrinə dair Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında yer alan məqamlar
Azərbaycanın maraqlarına tam cavab verir və ölkəmizin danışıqlar
masasında növbəti diplomatik uğurudur: “Delimitasiya üzrə görüşlərin
davam etdirilməsində razılıq əldə olunub, həmçinin “Alma-Ata
Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın
86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqlik nümayiş
etdirilib. Bu, bir daha onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın
ərazisi kimi tanıyır. Eləcə də kommunikasiyaların açılması, iqtisadi əlaqələrin
bərpası, azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əsgərlərin təhvil verilməsi,
itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi və digər məsələlərin
müzakirəyə çıxarılması Azərbaycanın dəyişməz mövqeyini, dövlətimizin başçısı
cənab İlham Əliyevin diplomatik bacarığını və siyasi iradəsini göstərir. Ermənistan
tərəfi də anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb və bu, ən
optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni
reallıqları qəbul etmək lazımdır”.


Digər xəbərlər

0.2690589427948