Sabah 23° isti olacaq

14:16 16-05-2023 | icon 783
Sabah 23° isti olacaq

Mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.

 
 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.


Digər xəbərlər

0.31209087371826