Sabah Bakıda 27° isti olacaq


Mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilib
...
-
Hacıqabul şəhərində növbəti səyyar qəbul-görüş keçirildi
...
-
Qaradağda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi
...
-
Sabah 31° isti olacaq
...
-
Yüksək inam, bütöv söz
...
-
Etibarlı əməkdaşlıq əlaqələri
...
-
Yeni reallıqlar zəminində fəaliyyət
...
-
Dostluğun və birliyin parlaq təzahürü
...
-
Tərəfdaş ölkə olan İsraillə iş birliyimiz güclənir
...