AFFA Ulu Öndərin 100 illiyinə həsr olunan turnir keçirəcək

17:30 19-05-2023 | icon 968
AFFA Ulu Öndərin 100 illiyinə həsr olunan turnir keçirəcək

Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq yarışda 10 komanda iştirak edəcək.

Bunlar AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar olacaq.

Komandalar hər birində beş kollektiv olmaqla 2 qrupa bölünəcəklər. Birinci yeri tutanlar arasında qalibi müəyyənləşdirmək üçün final oyunu baş tutacaq.

Turnirə saat 16:30-da start veriləcək. Final görüşü saat 20:00-da başlayacaq. Matçlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.

Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.


Digər xəbərlər

0.26047396659851