Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Təhsil Festivalı keçirilib.
Tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunun Dənizkənarı Park-bulvar kompleksində təşkil olunub.
Tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təhsil Festivalının keçirilməsinin məqsədi özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.
Qeyd edək ki, Təhsil Festivalında iştirak edən müəssisələr xidmət və məhsullarından ibarət stendlər nümayiş etdirir, universitetlər, ümumtəhsil müəssisələri, peşə məktəbləri, bağçalar və məktəblərlə bağlı müxtəlif layihələr təqdimat edirlər. Tədbir çərçivəsində tədris ilində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlər, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil olunub.
Respublika və beynəlxalq idman yarışlarının qaliblərinin də təqdimatı keçirilib. İxtisas seçimi, peşə təmayüllü siniflərin istehsalat yönümündə olan təqdimatları, məktəblilərin müxtəlif layihələr üzrə uğurları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Kitab sərgisi, icma və məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinin ifasında tamaşa və musiqilər də festivala xüsusi rəng qatıb. Regionun peşə təmayüllü siniflərinin, kimyaçı istedadların və Aqrobiomüxtəliflik müsabiqəsinin iştirakçıları, eləcə də SABAH alimləri və STEAM layihələrinin qaliblərinin təqdimatı daha çox diqqət çəkib. Festival boyunca iştirakçılar maraqlı məlumatlar əldə edib, şagirdlərin rəsm işləri ilə tanış olublar. Bundan başqa, ümumtəhsil müəssisələrinin məzunları düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri ilə bağlı da məlumatlandırılıblar. Ümumilikdə festivala 5 minə yaxın iştirakçı qatılıb.
-
Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
...
-
Bu həftə məktəblərdə payız tətili başlayır
...
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...
-
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu
...
-
Mehriban Vəliyevaya yeni vəzifə verildi
...
-
Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi
...
-
Nazirlikdən Müəllimlər Günü ilə bağlı valideynlərə - Müraciət
...
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...