Erməni futbolçunun azarkeşi olan azərbaycanlı müəllim Ağalar Qəribov: "Ermənilər mənim üçün düşmən deyil" - AÇIQLAMA+VİDEO
Bakıda futbol meydançalarından birində İngiltərənin “Arsenal” futbol klubunun kürəyində “Mxitaryan” yazılmış formasını geyinmiş bir nəfər görüntülənib.
Məlum olub ki, bu hərəkəti edən Ağalar Qəribov adlı şəxsdir. O, Bakıdakı Qərbi Kaspi Universiteti və Azərbaycan Universitetində fəlsəfədən dərs deyir.
Digər futbolsevərlərin ondan niyə erməni futbolçunun adı yazılmış köynək geyindiyini soruşduqda, “filosof” kosmopolit olduğunu cavablandırıb. Opponentlərin Mxitaryanın açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxması, Qarabağ separatçılarını dəstəkləməsi barədə arqumentlərinə “filosof” ermənilərin onun üçün düşmən olmadığını deyib. Bundan başqa, o, əlavə edib ki, onun evdə başqa bir erməni futbolçunun - “Krasnodar” klubunun futbolçusu Eduard Spertsyanın adı yazılmış forması var.
Qəribovun sözlərinə görə, bu köynəyi ona Rusiyada hədiyyə ediblər. Buradan belə bir sual yaranır: Rusiyada azərbaycanlıya erməni idmançının adı yazılmış köynəyi hədiyyə edən kimdir?!(haqqin.az)
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...