“Qarabağ” uduzdu, 3 oyun heç-heçə bitdi
Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.
Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Turan Tovuz” “Səbail”i, “Şamaxı” “Qəbələ”ni, “Sabah” “Zirə”ni, “Qarabağ” isə “Sumqayıt”ı qəbul edib. Masazır və Şamaxıdakı oyunlarda hesab açılmayıb. Dörd qolun qeydə alındığı Tovuzdakı matçda da qalib müəyyənləşməyib. Çempionluğu təmin etmiş “Qarabağ” isə “Sumqayıt”la oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Neftçi”yə 1:3 hesabıyla uduzub.
Azərbaycan Premyer Liqası
XXXV tur
22 may
“Turan Tovuz” – “Səbail” 2:2
Qol: Şəhriyar Əliyev, 2. Ayxan Hüseynov, 49 – Franko Mazurek, 73, Zapka, 90+3
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu, 16:30
“Şamaxı” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Şamaxı şəhər stadionu, 16:30
“Sabah” – “Zirə” 0:0
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”, 16:30
“Qarabağ” – “Sumqayıt” 1:2
Qol: Riçard Almeyda, 88 – Vüsal İsgəndərli, 33-pen. Səbuhi Abdullazadə, 39.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev
“Azersun Arena”, 16:30
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...