Adil Əliyev Iğdırda bir sıra görüşlər keçirdi
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 may tarixlərində Türkiyənin Iğdır və Qars vilayətlərinə səfərdədir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin və Ali Məclisin deputatları, şəhid atası və Vətən Müharibəsi qazisi daxildir.
Nümayəndə heyəti, ictimaiyyət nümayəndələri ilə birlikdə ilk olaraq bu gün Iğdır vilayətində Soyqırım Abidəsini və Muzeyini ziyarət edib.
Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Iğdır valiliyini də ziyarət edib. Vali Hüseyn Engin Sarıibrahimlə keçirilən görüşdə Vitse-spiker ölkələrimiz arasında çox illik münasibətlərdən, tarixi dostluqdan danışıb.
Daha sonra nümayəndə heyəti ilə birlikdə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Iğdır il başqanlığını (təşkilatını) ziyarət edib, il başqanı Ali Kemal Ayazla mövcud vəziyyəti, ölkələrimiz arasında qarşılıqlı dostluğu və mütəffiqlikdən bəhs ediblər.
Yerli sakinlərlə görüşən sədr müavini dövlət başçılarımızın arasında olan dostluq münasibətlərinin iki ölkənin münasibətlərinin inkişafına xüsusi önəm verməsini qeyd edib.
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...