Məqsədli böhtandır - “Çıraq Palas”dan açıqlama

16:59 23-05-2023 | icon 1310
Məqsədli böhtandır - “Çıraq Palas”dan açıqlama

Bir müddətdir ki, bəzi xəbər saytlarında 7 il Binəqədi rayonunda yerləşən “Çıraq Palas”da çalışdığını və qanunsuz olaraq işdən çıxarıldığını iddia edən Zeynəb Əliyeva adlı xanımın şikayəti dərc olunur.

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. 

Heç bir konkret faktın yer almadığı yazılar da diqqətimi çəkdiyi üçün jurnalist təcrübəmdən istifadə edərək araşdırma aparmaq və qarşı tərəfi də dinləmək zərurəti duydum.

Oktay Əmənullayev:

(Fotoda Zeynəb Əliyevadır)

Bu məqsədlə “Çıraq Palas” əlaqə saxladım. 

Adıçəkilən məkanın inzibatçısı Arif Mehdiyev məsələ ilə bağlı "Azeripress"-ə açıqlamasında bildirdi ki, xanımın şikayəti tamamilə əsassızdır və kimlərsə xanımdan öz çirkin məqsədləri üçün istifadə edirlər:

"Qeyd edim ki, Əliyeva Zeynəb rəsmi olaraq əmək müqaviləsi işə qəbul olunub və sonradan da öz istəyi ilə ərizə yazaraq işdən çıxmaq istəyib. Onun işdən çıxarılması iddiası tam absurtdur. Bununla bağlı rəsmi sənədlər də var. 

Daha sonra xanım iddia edir ki, restoranda toylara hazırlanan kababların əti ağ rəngdə və pis qoxulu olub.

Ortaya sual çıxır. Xanım burda çalışdığı 7 il ərzində bunları bilib niyə susub? Nə məqsədlə 7 il sonra və məhz işdən çıxandan sonra bu haqda danışır? Haqq tərafdarı olan insan bu hallar var idisə niyə bu haqda məlumat verməyib? 

Bu illər ərzində çox sayda el şənlikləri təşkil etmişik. Bir dəfə də olsun toy sahibləri öz narazılıqlarını bildirməyiblər. 

Hər il müvafiq zaman kəsiyində AQTA tərəfindən lazımi yoxlamalar keçirilir. Bununla bağlı da bizə sənəd təqdim olunur".

Şikayətçi xanımın işdən azad olunmaq istəyi haqda özünün imzasıyla olan ərizəsinin və AQTA tərəfindən keçirilən yoxlamaların nəticəsinin cavabı olan sənədləri də redaksiyamıza təqdim edən Arif Mehdiyev onu da vurğuladı ki, bu "küləyin" hansı tərəfdən gəldiyini, Zeynəb Əliyevadan kimlərin istifadə etdiyi onlara məlumdur və artıq məsələ məhkəmə vasitəsilə qanun çərçivəsində həll olunacaq.

"Artıq bu işlə vəkilimiz məşğul olur. Sizə də təqdim etdiyimiz kimi, bütün işlərimiz rəsmi olaraq sənəd üzərində öz əksini tapıb. Bu sənədlər əsasında də məkanın işgüzar nüfuzuna xələl gətirdiyi üçün yüksək məbləğdə maddi təzminat və təzkib verməsi üçün Zeynəb Əliyeva barəsində məhkəməyə müraciət edəcəyik" deyə Arif Mehdiyev bildirib.

P.S. Zeynəb Əliyevanın öz istəyi ilə işdən azad olunmaq üçün yazdığı ərizənin və AQTA-nın "Çıraq Palas"da keçirdiyi yoxlamanın cavabı olan sənədin fotosürətini təqdim edirik:

 

Oktay Əmənullayev:

Oktay Əmənullayev:

 


Digər xəbərlər

0.25988006591797