Mətin Kərimliyə yüksək vəzifə verildi
Mətin Kərimli Elm və Təhsil Nazirliyinin (ETN) Aparat rəhbəri təyin olunub.
Bu barədə ETN-dən məlumat verilib.
Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib.
Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.
İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var.
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...
-
BDU-nun əməkdaşına ağır itki
...
-
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
...
-
İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
...
-
Elm və təhsil naziri gənclərlə görüşdü
...
-
Məktəblərdə qış tətili başa çatdı
...
-
Bu gündən məktəblərdə qış tətilidir
...
-
Bu həftə məktəblilərin qış tətili başlayır
...
-
Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər - Video
...
-
Bu il Azərbaycanda tələbələrin köçürülməsi olmayacaq
...