"Reket jurnalistika"nın əsarətində olan Azərbaycan mətbuatı - Bir şikayətin izi ilə 

20:34 25-05-2023 | icon 193

Xəbər verdiyimiz kimi, bəzi xəbər saytlarında 7 il Binəqədi rayonunda yerləşən “Çıraq Palas”da çalışdığını və qanunsuz olaraq işdən çıxarıldığını iddia edən Zeynəb Əliyeva adlı xanımın şikayəti dərc olunmuşdur.

Xəbər birtərəfli, qarşı tərəfin mövqeyi öyrənilmədən yayıldığı üçün "Azeripress" olaraq məsələni daha obyektiv araşdırmaq üçün hər iki tərəflə əlaqə saxlayıb məsələ bərədə araşdırma aparmaq zərurəti duymuşduq. 

İlk öncə əlaqə saxladığımız "Çıraq Palas"ın inzibatçısı Arif Mehdiyev Zeynəb adlı xanımın iddialarının əsassız olduğunu, kimlərinsə xanımdan öz çirkin məqsədləri üçün istifadə etdiyini bildirmiş və bizə rəsmi sənədlər təqdim etmişdir. Arif Mehdiyev onu da əlavə etmişdir ki, Bu işlə vəkilləri məşğul olur və yaxın zamanda Zeynəb Əliyeva barəsində məhkəməyə müraciət edəcəklər.

(ətraflı linkdə: https://azeripress.az/index.php?view=article&id=35808&dil=az )

Daha sonra şikayətçi xanımla da əlaqə saxlayıb araşdırmanı davam etdirməyi özümüzə borc bildik. 

Zeynəb xanım əməkdaşımızla söhbətində bildirdi ki, onun heç kiminlə ədavəti yoxdur. Hadisələrə qədər isə "Çıraq Palas"ın rəhbərliyini ümumiyyətlə tanımayıb:

"Bəli, mən 7 il həmin məkanda xadimə kimi çalışmışam. İşdən çıxandan sonra isə oradan almalı olduğum əmək haqqımı tələb etmişəm. Buna görə də həmin xəbər saytları vasitəsilə video müraciətim yayımlanıb. İşlədiyim müddət ərzində oranln sahiblərini tanınamışam. Bununla belə bu illər ərzində dolanışığımı oradan təmin etmişəm. Onlara pis deyə bilmərəm. Yaşlı qadınam. Xəstə oğlum var. Dolana bilmirəm. Mən sadəcə olaraq almalı olduğum pulu istəmişəm. Sonradan rəhbərlik məni dəvət edərək mənə 200 manat ödəniş etdi. Mən də götürüb oradan ayrılmışam. Amma alacağım məbləğ daha çox olduğu üçün yenidən mətbuat vasitəsilə ikinci müraciəti etdim. "Çıraq Palas" rəhbərliyindən başqa heç bir narazılığım, ədavətim yoxdur. Əmək haqqı da yox, sadəcə bir insan kimi mənə maddi dəstək olmalarını istəyirəm".  

Zeynəb xanıma "əgər həqiqətən də orada iylənmiş, rəngi ağarmış ətlər varidisə, niyə bu 7 il ərzində bunu açıqlamayıb,yalnız işdən çıxdıqdan uzun müddət sonra açıqlamaq qərarı aldınız? Həqiqətən də haqq tərəfdarı idinizsə bu haqda anonim də olsa aidiyyatı qurumlara məlumat verə bilməzdinizmi?" sualına xanım birmənalı cavab verə bilmədi. 

Qeyd edim ki, xanımın səsindən, danışıq tərzindən onun heç bir savada malik olmadığı, sadəcə maddi ehtiyacı olduğu dərhal sezilirdi. Buradan da bu qənaətə gəlmək olardı ki, xanımı kimlərsə xüsusi olaraq bu işə qol qoymağa təhrik ediblər. 

Zeynəb Əliyevanın doğrudan da ehtiyac sahibi olduğunu anlayıb biz də öz növbəmizdə tərəflər arasında kompromis yaratmağı, məkan sahiblərinin xanıma qarşı məhkəmə iddiasından əl çəkmələri və ona maddi dəstək olmaları üçün yenidən "Çıraq Palas"la əlaqə saxladıq. 

Məkan rəhbərliyi də bizim bu xahişimizə dərhal müsbət cavab verdi. Xanımla görüşüb ona elə bizim də iştirakımızla müəyyən məbləğdə maddi kömək etməyi qəbul etdilər. 

İnzibatçı Arif Mehdiyev bildirdi ki, onlar hələ daha əvvəldən xanıma dəstək olmağı, hətta yenidən işlə təmin etməyi təklif ediblər. Xanım isə maddi olaraq verilən 200 manatı alıb,lakin işə qayıtmağı qəbul etməyib. 

Zeynəb xanım da bizim barışıq təklifimizi qəbul edərək bu görüşə razı oldu. 

Bundan sonra isə olanlar oldu. Məsələyə özünü mövcud olmayan bir xəbər saytının rəhbəri kimi  təqdim edərək redaksiyamızla əlaqə saxlayan bir "həmkar"ım müdaxilə edərək xanımla olan barışıq razılaşmamızın üstündən xətt çəkdi.

Məlum oldu ki, həqiqətən də xanımın savadsızlığından istifadə edən kimlərsə öz şantaj məqsədləri üçün ondan istifadə edir, öyrədir, yönləndirirlər. 

Belə ki, bizimlə əlaqə saxlayan həmin şəxs bizə açıq aydın bildirdi ki, mən imkan verməyəcəyəm ki, xanımı onlarla barışdırasınız. Xanıma icazə vermirəm. (Sual olunur: Niyə? Hansı əsasla? Nə məqsədlə?) Siz də bu işə qarışmayın. Hələ sabah xanımın daha bir şikayət videosunu yayımlayacağıq. 

Yayımlanır da...,lakin saytları işləmədi üçün sosial şəbəkə hesablarında.

Buradan da xanımın və onu bu işə təhrik edənlərin əsl simaları açılır...Şantaj və Böhtan.

Əminəmki, hüquq muhafizə orqanları bu işi də ciddi araşdırıb, Zeynəb Əliyevanı bu çirkin işlərə təhrik edənləri də üzə çıxaracaqlar.

Həmin görüntülərdə isə Zeynəb Əliyeva yenə də iddia edir ki, onu "Çıraq Palas" rəhbərliyi onu başqa bir məkana dəvət edərək orada hədə-qorxu gəliblər. 

Hörmətli Zeynəb xanım, ölkəmiz demokratik və bütün vətəndaşlarının hüquqlarını qanun çərçivəsində qoruyan hüquqi dövlətdir. Əgər siz həqiqətən də hədə-qorxu ilə üzləşmişdinizsə, niyə bu barədə dərhal hüquq-mühafizə orqanlarına deyil, bir neçə ay sonra mətbuat vasitəsilə bu barədə açıqlama verirsiniz? Məqsədiniz nədir?

Qeyd edim ki, bu açıqlama ilə bağlı da, "Çıraq Palas"ın inzibatçısı Arif Mehdiyev bizə bildirdi ki, xanımın həmin açıqlamaları da şantaj üzərində qurulub:

"Bəli, xanımı dəvət etdik. O da oğlu ilə birgə gəldi. Sivil qaydada söhbətimiz oldu. Xanım da çox razı bir şəkildə oğlu ilə məkandan ayrıldı. Məkanın mühafizə kameraları da xanımın ora gəlməyini,getməyini qeydə alıb".

P.S. Məsələ aydındır! "Reket jurnalistika" yenə iş başındadır və Zeynəb Əliyeva kimi savadsız insanların vasitəsilə iş adamlarını təhdid etməyə davam edirlər... 

 

 

 


Digər xəbərlər

0.35735893249512