İsraildə ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd olundu - Fotolar
Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin digər üzvləri, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir və digər yüksəkvəzifəli şəxslər iştirak edib.
Tədbir Azərbaycan və İsrail himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri ilk dəfə olaraq İsraildə Müstəqillik Günü ilə bağlı rəsmi tədbirin keçirildiyini diqqətə çatdırıb.
Daha sonra İsrail Hökuməti adından çıxış edən kəşfiyyat naziri Gila Qamliel iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu vurğulayıb.
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...