UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Respublikamızın bütövlüyu uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli film nümayis etdirilmişdir. Tədbirdə filialın direktor müavini dosent Həqiqət Qədimova qeyd etdi ki, Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi hüquqi və mənəvi təlabatları arasında əsas nemət olub.
Azərbaycan dövlətinin yaradilması istiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyin konserpsiyasını,planını çox dəqiqliklə hazirlayırdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq müstəqillik arzularının kercekləşməsinə real,hüquqi,siyasi və iqtisadi əsasların yaradılması,fərdin özünü vətəndaş kimi dərk etməsi, iftixar doğuran şanlı epoxanı əhatə edir."İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Səfər Razıyev,baş müəllim Qüdret Qırtımov,tarix üzrə fəlsəfə doktoru Camal Arıxov Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs etmişlər. Sonra tədbirdə Azərbaycan Respublikasınin ümummilli Liderin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet" mövzusunda Respublika Elmi- Praktiki konfransda məqalələrlə çıxış etmiş professor- müəllim və tələbələr rəhbərlik tərəfindən sertifikatlarla təltif edilmişlər.
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...
-
BDU-nun əməkdaşına ağır itki
...
-
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
...
-
İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
...
-
Elm və təhsil naziri gənclərlə görüşdü
...
-
Məktəblərdə qış tətili başa çatdı
...