Azərbaycanda qeyri-sabit hava şəraiti mayın sonunadək davam edəcək - PROQNOZ
"Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək".
Bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, iyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var:
"Mayın 31-i gündüzədək bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xaraketli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur".
U.Tağıyeva əlavə edib ki, yaxın günlər ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq".
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...