Azərbaycan Basketbol Liqası: “Gəncə” final seriyasında hesabı bərabərləşdirib

22:02 26-05-2023 | icon 508
Azərbaycan Basketbol Liqası: “Gəncə” final seriyasında hesabı bərabərləşdirib

Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.

“Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Rəqibini 93:90 hesabı ilə məğlub edən bölgə təmsilçisi ümumi hesabı bərabərləşdirib - 2:2.

Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.


Digər xəbərlər

0.24004197120667