Türkiyədə prezident seçkilərinin ikinci turu başladı
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.
Yerli vaxtla 08:00-da seçki məntəqələri açılıb.
Səslər 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda veriləcək.
Prezident postu uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğludur.
Seçki Ankara vaxtı ilə 17:00-da başa çatacaq.
Qeyd edək ki, mayın 14-ü keçirilən ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...
-
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu
...
-
Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi
...
-
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
...