Davamlı münasibətlərin təməli, yeni müttəfiqlik səviyyəsi

10:10 30-05-2023 | icon 2226
Davamlı münasibətlərin təməli, yeni müttəfiqlik səviyyəsi

Azərbaycanın qonşu dövlətlərlə münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətləri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyəsindədir.
Belə ki. «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında”» Bəyannamə həm 10 noyabr, həm 11 yanvar, həm də 16 noyabr tarixli üçtərəfli görüşün nəticələrinə əsasən imzalanmış tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə hər cür dəstək verilməsi məsələsini özündə ehtiva edir. Yəni, Azərbaycana separatçılar və yeni müharibə iddiasi ilə çıxış edən, ya da proseslərin gedişatını ləngitməyə çalışaraq ölkələrin iradəsinə, xalqların təhlüksəzilik və rifahına əks bucaqda dayanan revanşist qüvvələrə qarşı dost ölkələrdən daha konkret addımlar gözləməyə əsas verir,
Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Budəfəki Moskva görüşü də göstərdi ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün səy göstərir.
Liderlərin Moskva görüşü görüş sübut etdi ki, Azərbaycanla Rusiya arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur və bu münasibətlər qarşılıqlı hörmətə, hüquq bərabərliyinə əsaslanır. Prezident İlham Əliyevin, həm də Rusiya Prezidentinin verdiyi açıqlamalar göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir və bu cəhdlər heç vaxt nəticə verməyəcək. Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı məhz dahi rəhbərimizin qoyduğu təməl üzərində uğurla inkişaf edir. Ehtiram və yüksək hörmət əlaməti olaraq, Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilib. Həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir. Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.
Əminəm ki, ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.
Sədrəddin Gözəlov,
Cəlilabad RMX PHŞ cərrahiyyə şöbəsinin həkim-oftalmoloq


Digər xəbərlər

0.28260803222656