Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunacaq - Foto
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək festival saat 15:00-da start götürəcək.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsindəki “Uşaq festivalı”nda hər bir uşaq öz maraq dairəsinə uyğun əylənə biləcək.
Tədbirin keçirildiyi məkan – Heydər Əliyev Mərkəzinin parkı böyük ərazini əhatə etdiyindən festival zamanı bura sanki uşaq şəhərciyinə bənzəyəcək.
Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncə növləri, maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşağın öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılacaq.
Tədbirə giriş sərbəstdir.
-
Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası “CinemaPlus”da
...
-
Rəfiqə Axundovanı da itirdik
...
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...