Ordumuzun mövqeləri atəşə tutuldu
İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
-
Müdafiə Nazirliyi açıqlama yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür
...
-
Ermənistan atəşkəsi yenə pozdu - Üç hərbçimiz yaralandı
...
-
Azərbaycan 6 erməni hərbçinin meyitini təhvil verdi
...
-
Daha 21 şəhidimiz var - Siyahı
...
-
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Paşinyan 49 erməni hərbçinin öldüyünü etiraf etdi
...
-
Mövqelərimiz atəşə tutuldu
...