İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

12:56 02-06-2023 | icon 671
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi
səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail
Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət
arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata
bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun
Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər
ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir.
Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti
illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir
ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da
enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və
üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə
layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və
ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə
etməyə kömək edəcəkdir.
Xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində
uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə
İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi
müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı
və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər
avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən
göstərmişdir. 
Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük
dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir
inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi
qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün
digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.
İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm
rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir
ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli
insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş
etdirir. Onların ikiölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük
əməkləri vardır. İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə
arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm
əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan
olacaqdır.
Zeynalov Ceyhun
Saatlı şəhər Bülbül adına UMM-nin qarmon müəllimi


Digər xəbərlər

0.25422477722168