Bakı Enerji  Forumu: Azərbaycan etibarlı tranzit ölkəsidir 

14:47 02-06-2023 | icon 1064
Bakı Enerji  Forumu: Azərbaycan etibarlı tranzit ölkəsidir 

Ənənəvi olaraq hər il keçirilən “Bakı Enerji Həftəsi” qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Müzakirələr çox maraqlı oldu, müzakirələri bəyəndim, müzakirələrdə qlobal enerji bazarının vəziyyət və inkişafı ilə bağlı mühüm məsələlərə toxunulub.

Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. Prezident cənab İlham Əliyev Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə tədbir iştirakçılarını salamlayıb və bu çərçivədə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətimizin başçısı Forumdakı çıxışında bildirib ki, bu gün Azərbaycan qabaqcıl enerji infrastrukturuna, güclü tərəfdaşlara və zəngin eneryi ehtiyatlarına malikdir. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi.

Prezident deyib ki, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Ona görə də, biz 2 il yarım bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını əhatə edən texniki cəhətdən çox mürəkkəb, bahalı layihə idi.
        Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir. Bu isə Azərbaycanın dünya dövlətləri arasında yerini, nüfuzunu  daha da möhkəmləndirəcəkdir.


Elşad Əmənov,

Cəlilabad rayonu, Şatırlı kənd

tam orta məktəbinin müəllimi       


Digər xəbərlər

0.24759006500244