Mərasimdən sonra Əminə Ərdoğan bu paylaşımı etdi

06:24 04-06-2023 | icon 684
Mərasimdən sonra Əminə Ərdoğan bu paylaşımı etdi

“Bu gün türk əsrinin uğurları üçün ürəkləri bizimlə döyünən bütün qardaş və bacılarımızın duaları, xoş arzuları ilə ölkəmiz üçün yeni bir səhifə açıldı”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tviter hesabında paylaşıb. 

 
Ə. Ərdoğan bu yolun Türkiyəyə və insanlığa xeyirli olmasını diləyib:

“Prezidentin andiçmə mərasimində bizi tək qoymayaraq xoşbəxtliyimizi bölüşən bütün dövlət başçılarına və onların dəyərli həyat yoldaşlarına, yerli və xaricdən gələn bütün dostlarımıza təşəkkürümü bildirirəm”.


Digər xəbərlər

0.27829098701477