Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatr Gəncədə çıxış edəcək

18:18 06-06-2023 | icon 1056
Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatr Gəncədə çıxış edəcək

Milli Qurtuluş Günü ərəfəsində – iyun ayının 13-də Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərində olacaq.
Kollektiv Gəncə Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunan "Sən elə bir zirvəsən!" adlı musiqili - tarixi esse ilə çıxış edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru,
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi
Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev,
quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın
baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist
Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Tamaşada teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident
mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova,
Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet
heyətinin üzvləri iştirak edəcəklər.


Digər xəbərlər

0.26075601577759