"Azərbaycanda kafe-restoran sistemi bərbad vəziyyətdədir" - "Firuzə" restoranında KEYFİYYƏTSİZ QİDA İDDİASI 

10:10 07-06-2023 | icon 953
" "Tarqovı"da "Firuzə" adlı restoran var. Bu gün bir neçə tanışla orda əyləşmişdik. Yemək sifariş edirik, bir az sonra gəlir. Yeməklərdən birinin dadına baxan kimi əcaib qoxu hiss edirəm. "Ola bilməz" düşünürəm. Bir daha dadıram. Dəhşətli qoxusu var yeməyin. "Bəlkə, səhv edirəm" düşüncəsi ilə masadakılardan yeməkdən dadmalarını istəyirəm. Onlar da eyni iyrənc - köhnəlmiş qoxunu hiss edirlər. Restoranın məsul şəxsi gəlir. Üzümüzə baxaraq yeməkdə heç bir problem olmadığını deyir. Adam üzr istəmir, bizi yalan danışmaqda ittiham edir.".
 
Bu sözləri özünün sosial şəbəkə hesabında jurnalist Rəşad Ergün paytaxtda fəaliyyət göstərən "Firuzə" restoranı haqda yazıb.
 
O, qeyd edib ki, Azərbaycanda kafe-restoran sistemi bərbad vəziyyətdədir:
 
"Çox az restoran-kafe var ki, özünə və müştəriyə hörmət edir. Qalanları sadəcə müştərinin cibinə girməyə köklənib. Bu da toplum, cəmiyyət olaraq pulu Tanrı yerinə qoymağımıza, bu "tanrı"ya da qurban olaraq insanları sunmamıza bağlıdır. İnsanın insanı pula qurban verdiyi yerdə nə keyfiyyət olar, nə vicdan, nə də ləyaqət".

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 9-da "Firuzə" restoranında monitorinq keçirmiş və bu zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunmuş, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

P.S. Görünür restoran rəhbərliyi hələ də bu nöqsanları aradan qaldırmağı düşünmür.

P.S.S. Əminik ki, aidiyyatı qurumlar problemi yaxından araşdırıb lazımi tədbirlər görəcəklər. 

Rəşad Ergünün paylaşımını olduğu kimi təqdim edirik:

 

 


Digər xəbərlər

0.27730512619019