Prezidentin köməkçisi: “Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir”
“Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib.
"Azərbaycanda sərhəd təhlükəsizliyinə xüsusi önəm verilir. Müharibə nəticəsində torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Dövlətimizin sərhədlərinin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır", - Prezidentin köməkçisi bildirib.
M.Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb: "Bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir. Əminəm ki, Şuranın fəaliyyəti bundan sonra da əməkdaşlığımızın daha da gücləndirilməsinə müsbət təsir göstərəcək”.
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...