Nazir “Kəpəz”in stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirdi - Fotolar

22:10 09-06-2023 | icon 505
Nazir “Kəpəz”in stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirdi - Fotolar

Gəncə şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov “Kəpəz FK” stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirib.

Nazir qeyd edib ki, bunun üçün birinci növbədə vəsait lazımdır. 

 
 

“Birincisi, stadionun təmir olunması üçün vəsait lazımdır. Hazırda bizdə o vəsait yoxdur. Biz heç vaxt deməmişik ki, oranı təmir edəcəyik. O, məlumat mediaya kimlər tərəfindən gəlibsə, onu araşdıra bilərsiz. Stadion bizim balansızmızdadır və biz başa düşürük ki, ora təmir olunmalıdır. Onun üzərində hazırda çalışırıq. Sizə bu dəqiqə konkret məlumat deyə bilməyəcəm. Amma onu deyə bilərəm ki, biz problemi bilirik, görürük və problemin üzərində çalışırıq. Qeyd etdiyim kimi vəsait lazımdır. Meydançaları yenidən qurduq. Meydançalar yaxşdır. Orada akademiya da yaradılıb. Bir qaldı tamaşaçılar üçün tribunalar”, - nazir F.Qayıbov bildirib.

 

 

 






Digər xəbərlər

0.22952508926392