Çempionlar Liqası: İstanbulda ikinci ingilis-italyan finalı
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçiriləcək.
Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gələcəklər.
Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis - italyan dueli baş tutacaq. 2004/2005 mövsümündə bu arenada "Milan" və "Liverpul" arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda 3 qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər.
Çempionlar Liqasında ikinci dəfə finala yüksələn "Mançester Siti" hələ bu turnirdə qalib olmayıb. "İnter" isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılıb.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu
Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın "Real Madrid" klubudur.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...