Qaradağ Rayon İcra Hakimiyyətində Şahmat üzrə Avropa çempionu Aqil İsrailov və onun müəllimi Cavid Səmədovla görüş keçirildi
Qaradağ rayon sakini Aqil Zaur oğlu İsrailov Albaniyanın Durres şəhərində keçirilən
məktəblilərin Avropa çempionatında 17 yaşadək oğlanlar kateqoriyasında çıxış edərək
çempionatın qızıl medalını Azərbaycana gətirib. Bu münasibətlə Qaradağ Rayon İcra
Hakimiyyətində “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman
məktəbi Publik hüquqi şəxsin şagirdi Aqil İsrailov və onun müəllimi Cavid Səmədovla
görüş keçirildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov gənc şahmatçını və
onun müəllimini ürəkdən təbrik etdi. Daha sonra Azərbaycan şahmatının ənənələrindən,
Azərbaycanda təşkil edilib keçirilən Ümümdünya Şahmat Olimpiadası, beynəlxalq
şahmat festivalları kimi tədbirlər haqda məlumat verdi.
Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən bütün idman növlərinə olduğu kimi, Azərbaycan şahmatına da
xüsusi diqqət və qayğı göstərildiyini bildirdi.
Avropa çempionu Aqil İsrailov rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində
olduğunu bildirdi, gələcəkdə də etimadı doğruldacağına söz verdi.
Qaradağ rayonunda yerləşən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli
uşaq-gənclər idman məktəbi Publik hüquqi şəxsin direktoru Natiq Ələkbərov göstərilən
qayğıya görə dövlət başçısına öz təşəkkürünü bildirdi.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Aqil
İsrailov və onun müəllimi Cavid Səmədova Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri
fərmanı və qiymətli hədiyyə təqdim etdi.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...