Sabah 33° isti olacaq

14:18 10-06-2023 | icon 690
Sabah 33° isti olacaq

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

 Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Gecə və səhər zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 
 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.


Digər xəbərlər

0.2616879940033