Adil Əliyev Ərəb Parlamentinin sədri ilə görüşdü - Fotolar
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qahirədə Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.
Görüşdə Milli Məclis ilə Ərəb Dövlətləri Liqasının qanunvericilik orqanı olan Ərəb Parlamenti arasındakı münasibətlərdən bəhs olunub.
Adil Əliyev bildirib ki, ərəb ölkələri Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə, 44 günlük Vətən müharibəsi və ölkəmizin qazandığı tarixi zəfərdən sonra da hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Milli Məclisin sədr müavini qeyd edib ki, Ermənistanın təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunmuş çoxsaylı qətnamələr bizim üçün olduqca vacibdir.
Habelə, Adil Əliyev ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil edilmiş kikboksinq yarışında iştirak etmək üçün Misirə səfər etdiyini diqqətə çatdırıb.
Həmçinin, Ərəb Parlamentinin sədri bu ilin may ayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Milli Məclisin xüsusi sessiyasında iştirak etməsini və bu səfər zamanı Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdən böyük məmnunluq duymasını vurğulayıb.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...