Bakıda 31° dərəcəyədək isti olub - Faktiki hava

17:35 11-06-2023 | icon 659
Bakıda 31° dərəcəyədək isti olub - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən verilən xəbərə görə, iyunun 11-i saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Ordubadda 20 mm, Balakəndə 18 mm, Daşkəsəndə 12 mm, Gədəbəydə 8 mm, Göygöldə 7 mm, Culfada 6 mm, Şəmkir, Şahbuz, Naxçıvan, Gəncə, Sədərək, Tərtər, Ceyrançöl, Tovuz, Şəki, Şərur, Naftalanda 5 mm-dək olub.

 
 

Yağan leysan yağış nəticəsində Göygöl ərazisindən keçən Gəncəçay-Zurnabad çayından sel keçib.

İyunun 10-da şərq küləyi arabir Şabranda 20 m/s-dək, Naxçıvan, Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Şəmkir, Balakən, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iyunun 10-da iqlim normasından 1.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31° dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 17-26 dərəcə isti, aran rayonlarında 33° dərəcəyədək isti olub.


Digər xəbərlər

0.2710280418396