Adil Əliyev Misir Senatının sədri ilə görüşdü - Fotolar
Vitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Adil Əliyev görüşdə Misirə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş idman yarışının keçirilməsi üçün səfər etdiyini deyib.
Spiker Adil Əliyev Abdel Vahab Abdel Razeqə Ermənistanın 30 illik işğalından sonra azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanması, indiyədək 2 beynəlxalq hava limanı açılması, növbətisinin isə tikintisi davam etdirilməsi, işğaldan azad olunan torpaqlara 2020-22-ci illərdə dövlət büdcəsindən 4 milyard dollar pul xərclənməsi, bu il isə növbəti 1,7 milyardın xərclənəcəyinin planlaşdırılması haqda danışıb.
Senatın sədri Abdel Vahab Abdel Razeq Azərbaycanın uğurlarının və inkişafının qardaş Misir dövlətini sevindirdiyini, bundan sonra da ölkələrimiz arasındakı dostluq münasibətlərimiz daha da inkişaf edəcəyini, parlamentlərarası münasibətlər isə bu dostluğa töhfə verməyə davam edəcəyini qeyd edib. İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərin hər iki ölkənin maraqlarına uyğun olmasını bildirərək, Azərbaycanın uğurla Qoşulmama Hərəkatına rəhbərlik etməsini və bu dövrdə Hərəkatın fəaliyyətinə çoxsaylı töhfələr verdiyini vurğulayıb.
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...