Akademik Musiqili Teatrda PREMYERA - "Sevənlərindir dünya"

11:04 12-06-2023 | icon 895
Akademik Musiqili Teatrda PREMYERA -

21 və 22 iyun tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik
Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın "Sevənlərindir dünya" əsəri
əsasında hazırlanan iki hissəli məzhəkənin premyerası olacaq.
Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu
rejissoru Elməddin Dadaşovdur.
Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə
quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov,
rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli
Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov,
Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin
Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya
Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin
teatrın xor və balet truppasının üzvləri də iştirak edəcəklər.
Premyeraya biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN
xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.


Digər xəbərlər

0.27417087554932