Nəsimi RİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyində İnsan Hüquqları Aylığı çərçivəsində növbəti tədbir keçirilib

16:46 12-06-2023 | icon 1036
Nəsimi RİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyində İnsan Hüquqları Aylığı çərçivəsində növbəti tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunduğunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.


Bununla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 18 may-18 iyun 2023 İnsan Hüquqları Aylığı çərçivəsində Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyində də silsilə tədbirlər keçirilmişdir.


Bu mövzuda 9 iyun tarixində nümayəndəliyin ərazisində fəaliyyət göstərən mədəniyyət, təhsil, səhiyyə müəssisələrinin əməkdaşlarının iştirakı ilə növbəti tədbir keçirildi, Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi Nuru Əhmədov çıxışı ilə tədbiri açıq elan edərək Ulu Öndərimiz və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, bundan başqa İmamverdi Həmidov, Azər Quliyev, Gülnarə Hacıyeva və Hüseyn Əliyev mövzu ətrafında çıxışlar etdilər, N. Əhmədov növbəti tədbirlər haqqında ətraflı məlumat verdi, sonda tədbirə yekun vuruldu.


Digər xəbərlər

0.25544381141663