Fərid Qayıbov Sabirabadda ağır atletika yarışında - Fotolar

11:09 12-06-2023 | icon 692
Fərid Qayıbov Sabirabadda ağır atletika yarışında - Fotolar

Sabirabad şəhərində “Muğan” Ağır Atletika Klubunun yeniyetmələr arasında ağır atletika üzrə açıq birinciliyi keçirilib.

Yarışda Sabirabad, Masallı və Lənkərandan olan idmançılar medallar uğrunda mübarizə aparıblar. 

 
 
 

Gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva, Milli Məclisin deputatı Kamal Cəfərov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Ağır Atletika Federasiya Federasiyasının baş katibi Rizvan Rəsulov, ağır atletika üzrə Avropa çempionu Dadaş Dadaşbəyli və digər şəxslər birinciliyin fəxri qonaqları qismində iştirak ediblər.

Maraqlı mübarizə şəraitində keçən turnirdə qaliblər müəyyən edilib, Mirməhəmməd Hüseynli və Sadiq Əliquliyev öz çəkilərində rəqiblərini üstələyiblər. Mükafatçılar medallarla təltif olunublar.

Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, təşəbbüsü ilə yaradılan “Muğan” Ağır Atletika klubu ilə təkcə Sabirabadda deyil, bütün Mil-Muğan regionunda ağır atletika məktəbinin əsası qoyulub. Məqsədləri ağır atletika olimpiya idman növünü təbliğ etmək, bu sahə üzrə çempion yetişdirmək, gələcəyin idman mütəxəssislərini hazırlamaq, yeniyetmələrin sərbəst vaxtlarını səmərəli təşkil etməkdir.

 

 




Digər xəbərlər

0.28188991546631